Türkiyədə İraqın iyzədi qız və qadınları satılır
Dek 02, 2015 20:20 Asia/Baku
-
Türkiyədə İraqın iyzədi qız və qadınları satılır
Türkiyədə İraqın iyzədi qadınlarının satılması üçün bazarlar açılıb.
Səhər Beynəlxalq Televiziyasının İraqın Əyn İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Almaniynın 1-ci telekanalı bir reportajda bildirib ki, İŞİD-in əsirliyinə düşən İraqın iyzədi qadınları Türkiyə bazarlarında satılır.Almaniya televiziyası əlavə edib: Türkiyədə İraqın iyzədi qadınlarını alıb-satanlar iyzədi uşaqları da satırlar.
Əyn Agentliyi bildirib: İŞİD iyzədi qadın və uşaqları satmaq üçün onların şəkillərini internet səhifələrində yayımlayır.
Əyn-in bildirdiyinə görə, iyzədi qadın və uşaqların satılması İŞİD-in gəlir mənbələrindən biridir. Elə buna görə, bu terror qruplaşması daha çox iyzədi qadın və uşaqları oğurlamağa çalışır.