Beytül-Müqəddəsdə bir fələstinli gənc şəhid olub
Dek 03, 2015 14:34 Asia/Baku
Sionist rejim hərbçiləri Beytül-Müqəddəsdə daha bir fələstinli gənci atəş açaraq şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bu gün işğal olunmuş Qüdsün şimalında yoxlama-keçid postu yaxınlığında sionistlərə qarşı müqavimət əməliyyatında bir fələstinli gənc sionist hərbçilərin atəş açması nəticəsində yaralanıb. Bu gənc fələstinli aldığı yaralar üzündən şəhid olub.Bu fələstinli gəncin şəhid olması ilə 2015-ci il oktyabr ayının əvvəlindən Qüds İntifazəsi şəhidlərinin sayı 109 nəfərə çatıb və sionist hərbçilərlə toqquşma nəticəsində minlərlə fələstinli də yaralanmışdır.
Bu arada sionist rejim hərbçiləri işğal olunmuş Qüdsdə Cəbəl əl-Mükəbbir şəhərciyində fələstinlilərin məskunlaşdığı əl-Mədaris məhəlləsinə hücum ediblər.
Sionist qəsəbə sakinləri də bir daha hərbçilərin dəstəyi ilə əl-Əqsa məscidinə basqın ediblər.
Sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Nablos şəhərində bir fələstinli şəhidin mənzilini dağıdıblar.
Teqlər