Həkim: Türkiyənin hərbi iştirakı İraqın hakimiyyət hüququnun pozulmasıdır
Dek 06, 2015 10:57 Asia/Baku
-
Həkim: Türkiyənin hərbi iştirakı İraqın hakimiyyət hüququnun pozulmasıdır
İraqın Ali İslam Məclisinin sədri Türkiyə hərbçilərinin bu ölkəyə daxil olmalarını aşkar müdaxilə və İraqın hakimiyyət hüququnun pozulması adlandırıb.
Süməriyyə Nyus-un verdiyi məlumata görə, Əmmar Həkim Türkiyə hərbçilərinin İraqa daxil olması ilə müxalifət edərək, deyib: İraq xarici ölkə hərbçilərinin öz ərazisinə daxil olmasına icazə vermir və İraq dövləti heç bir ölkədən öz quru qoşunlarını İraqa göndərmələrini istəməyib.Əmmar Həkim əlavə edib: Türkiyənin bu hərəkətini qonşuluq prinsiplərinin pozulması hesab və İraqın terrorizm ilə mübarizədə böyük bir qələbənin astanasında olduğu bir şəraitdə belə bir hadisənin baş verməsini yolverilməz hesab edirik.
Türkiyə ordusunun onlarla hərbçisi cümə günü (4 dekabr) kürd peşmərgə qüvvələrinə təlim keçmək adı altında İraqın Neynəva vilayətinin Mərkəzi olan Mosulun Bəşiqə məntəqəsinə daxil olub.
Bu məsələ İraq rəsmilərinin ciddi reaksiyalarına səbəb olub.
Teqlər