Rusiya və Suriyanın terrorçuların mövqelərinə qarşı hava hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200479-rusiya_və_suriyanın_terrorçuların_mövqelərinə_qarşı_hava_hücumları
Rusiya və Suriya ordularının qırıcıları terror qruplarının qərargahlarını hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2015 13:48 Asia/Baku
  • Rusiya və Suriyanın terrorçuların mövqelərinə qarşı hava hücumları
    Rusiya və Suriyanın terrorçuların mövqelərinə qarşı hava hücumları

Rusiya və Suriya ordularının qırıcıları terror qruplarının qərargahlarını hədəfə alıblar.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, bu ölkənin hava qüvvələri Rusiyanın hava qüvvələrinin həmkarlığı ilə bazar günü Suriyanın qərbindəki Həmah məntəqəsinin ətrafında terror qrupları başçılarının iki qərargahını bombalayıblar ki, nəticədə 27 terrorçu məhv edilib.
Həmçinin Suriyanın hava qüvvələri bu ölkənin mərkəzində yerləşən Hums şəhərinin cənub-şərq ətrafında və həmin ölkənin şimal-qərbindəki Hələb şəhərinin şərq ətrafında İŞİD terror qrupunun hərbi təchizatlarını məhv ediblər.
Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinin ətrafındakı Xan Şeyxun məntəqəsi də rus qırıcıların hava hücumları hədəfinə çevrilibdir ki, onun ardınca təkfirçilərin bir neçə avtomobili məhv edilibdir.
Digər tərəfdən, terrorçuların Suriyanın Hələb şəhərinin şimal-qərbindəki Əl-Xalidiyyə məntəqəsinə qarşı mərmi hücumunda yeddi Suriya vətəndaşı yaralanıb.
Başqa bir xəbərə görə, Suriyanın Dəməşq və digər vilayətlərində həbs olunmuş şəxslərdən 270 nəfər təhlükəsizlik işlərinə baxılması və milli barışığın genişlənməsi çərçivəsində azad olunub.