Heydər Əlibadinin Türkiyəyə 48 saatlıq möhləti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200499-heydər_Əlibadinin_türkiyəyə_48_saatlıq_möhləti
İraqın baş naziri bazar günü gecə bir bəyanatda bu ölkə torpağını tərk etmək üçün Türkiyə ordusuna 48 saatlıq möhlət verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 05:26 Asia/Baku
  • Heydər Əlibadinin Türkiyəyə 48 saatlıq möhləti
    Heydər Əlibadinin Türkiyəyə 48 saatlıq möhləti

İraqın baş naziri bazar günü gecə bir bəyanatda bu ölkə torpağını tərk etmək üçün Türkiyə ordusuna 48 saatlıq möhlət verib.

IRNA-nın məlumatına görə, Heydər Əlibadi bu bəyanatda Ankaranı hədələyibdir ki, İraq torpağından geri çəkilməyəcəyi halda, İraqın suvernliyini pozduğu üçün Türkiyədən BMT-nin Təhlükəsizlik Şurasına şikayət edəcək.
Bazar günü axşam Heydər Əlibadinin sədrliyi ilə keçirilən İraq Milli Təhlükəsizlik Şurasının iclası gedişində türkiyəli hərbçilərin bu ölkə ərazisinə girmələri məsələsi araşdırıldı və nəticədə bu şura türk hərbçilərin İraqın şimalındakı iştirakını İraqın suverenliyinə qarşı böyük təcavüz adlandırıb.
Bəyanatda həmçinin qeyd olunur: İraq Milli Təhlükəsizlik Şurası vurğulayıbdır ki, Türkiyə İraqla bağlı suverenlik və qonşuluq prinsiplərinə riayət etməyib və mərkəzi hökumətin razılığı olmadan belə bir addım atıbdır ki, 48 saatlıq bir fürsətdə geri çəkilməyəcəyi halda, Bağdad ona hər formada, o sıradan BMT-nin Təhlükəsizlik Şurasına şikayət formasında cavab vermək haqqını özü üçün qorunmuiş bilir.
1200 türkiyəli hərbçi 15 tank və 12 zirehli maşının dəstəyilə iraqlı kürd qüvvələrə təlim vermək bəhanəsilə İraqa daxil olub və Niynəva vilayətindəki Bəəşiqə məntəqəsində yerləşiblər.
Türkiyənin bu addımı iraqlıların kəskin reaksiyası ilə üzləşib və iraqlılar onu öz ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması hesab ediblər.