Qardian: Osmanlı imperiyasını bərpa etmək röyası Ərdoğanı təhlükəli yolda qoyub
-
Qardian: Osmanlı imperiyasını bərpa etmək röyası Ərdoğanı təhlükəli yolda qoyub
Qardian qəzeti Türkiyənin xarici siyasət tarixinə toxunaraq, yazıb ki, bu ölkənin hazırkı prezidenti xarici siyasətdə yeni bir gedişi nümayiş etdirməyə çalışır, amma onun Rusiya ilə qarşılaşmadakı qeyri-düzgün hərəkəti Ankara üçün öldürücü xəta ola bilər.
Fars xəbər agentliyinin məlumatına görə, Qardian qəzeti bazar günü "Ərdoğanın impreratorluq röyası, Türkiyə üçün bir təhlükədir" başlıqlı reportajda Türkiyənin xarici siyasətini araşdrıb və Ankaranın Moskva ilə ziddiyyətə düşməsini təhlükəli adlandırıbdır.
Norman Ston öncə Rəcəb Tayyıb Ərdoğanın xarici siyasət səhnəsindəki rəftarlarına nəzər salıb, 2009-cü il Davos iclasında sionist rejimin o zamankı başçısı Şimon Peres ilə üzləşməsindən Suriya dövləti müxaliflərini dəstəkləməsinədək olan dövrə toxunaraq, yazıb: Ərdoğan bu hərəkətlərlə beynəlxalq səhnədə, xüsusən Yaxın Şərqdə özünə etibar qazanmağa çalışdı.
Ston yazıb: Ərdoğan suriyalı mühacirlərin qəbul edilməsini başlayarkən təsəvvür etdi ki, Suriyanın prezidenti Bəşşar Əsədin hökuməti bir neçə həftə ərzində süqut edəcək, amma nəinki bu hadisə baş vermədi, əksinə Suriya kürdlərinin güclənməsilə əhalsinin böyük bir hissəsinin kürd olduğu Türkyəyə qarşı təhdid də formalaşdı.
O, sonra türkiyəli qırıcının rus bombardmançısına hücumuna toxunub və yazıbdır ki, bu addım Türkiyə tarixində misli görünməmiş bir hərəkət idi, belə ki, onun ehtimal olunan nəticələrinin araşdırılması üçün Türkiyənin xarici siyasət tarixinə nəzər salmaq lazımdır.
Qardian-ın yazdığına görə, 1923-cü ildən, yəni bugünkü Türkiyənin formalaşdığı zamandan bəri bu ölkə daxili istəklərinə rəğmən, İngiltərənin təyin etdiyi sərhədləri qəbul və yalnız beynəlxalq müqavilələr əsasında olan az sayda halda bu vəziyyəti dəyişməyə səy etdi.
Ston cari əsrin əvvəllərində Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsinə toxunaraq, yazıb: Ərdoğan öz partiyası ilə eyni istiqamətli olan təfəkkürlərini, o cümlədən Suriyada "Müsəlman qardaşları"nı genişləndirməyə çalışdı.
Qəzet əlavə edib: Tamamilə aydındır ki, İŞİD də Türkiyədən köməklər alıbdır, zira Bəşşar Əsədin devrilməsi Ərdoğanın prioriteti idi.
Qardianın yazarı yazıb: Ərdoğanın avantürası bu günədək uğurlu olub, amma bu fəaliyyət Türkiyənin xarici siyasətinin ənənəvi münasibətlərinə ziddir və hətta bu ölkəni məhvolma təhükəsində qoya bilər.
O, bildirib ki, bir zaman Türkiyə Avropanın mütisi idi və Vaşinqton qarşısında "bəli, mən də razıyam" və "doğrudan da belədir" kimi ifadələrdən başqa bir söz söyləməzdi.
Müəllif yazıb: Ərdoğan indi görür ki, Avropa və Amerika türk jurnalislərin həbs olunmaları qarşısında susur və mühacirlər böhranı məsələsində Ankaradan kömək istəyirlər və hətta indi elə görünür ki, bu gün bu Vaşinqtondur ki, öz siyasətini Türkiyənin mövqelərinə uyğunlaşdırır.
Qardian əlavə edib: Ərdoğan hazırda özünü "osmanlı imperiyasının bərpaçısı" kimi görür və o, unudubdur ki, təhlükəli zərbələr həmişə qərbdən yox, şərqdən gəlir; 19-cü əsrdə qoşunları iki dəfə İstanbula çatmış İran və Suriyadan.
Bu reportajın sonunda deyilir: İndi belə görünür ki, Qərb qüdrətləri də Əsədin qorunmasında Rusiya ilə həmkarlıq edəcəklər ki, daha mühüm düşmən olan İŞİD ilə məşğul ola bilsinlər. Başqa sözlə, Türkiyə ehtimal üzrə, bu hadisədə təcriddə qalacaq. Ola bilsin ki, Rusiya təyyarəsinin vurulması məsələsində "təhrik etmə səyi" məsələsi gündəmdə durmuş olsun, zira əgər Putin təyyarənin vurulmasına qüdrətlə cavab verərsə, ehtimal üzrə amerikanlar "uçuş qadağan" məntəqəsi elan etməyə məcbur olacaqlar və o zaman Ərdoğan bu rejim üçün kürdlər kimi əsas hədə sayılan düşmənlərlə sakitliklə üzləşə bilər. O, bu günədək müvəffəq olubdur, amma görəsən, Mərkəzi Anadoluda soyuqların başlaması ilə, bu hərəkət onu süqut etdirəcəkmi? Əgər Türkiyə hökmranı üçün bir dərs mövcud olmuş olarsa, o da budur: Rusiyanı təhrik etmə.