Dek 08, 2015 13:25 Asia/Baku
  • Əbubəkr Bağdadinin müavini İsrailin İŞİD-ə maliyyə dəstəyini etiraf etdi
    Əbubəkr Bağdadinin müavini İsrailin İŞİD-ə maliyyə dəstəyini etiraf etdi

İŞİD terror qruplaşmasının başçısının müavini deyib: İŞİD-in maliyyə ehtiyatı yalnız neftin satılması yolu ilə əldə olunmur və İsrail və bəzi ərəb və qərb ölkələri bu qrupa maliyyə dəstəyi edirlər.

Səhər Beynəlxalq Televiziyasının İraqın Bərasa Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan və dindirilən, eləcə də adı açıqlanmayan İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadinin müavinlərindən biri dindirilmə zamanı etiraf edib ki, İŞİD-in maliyyə ehtiyatları yalnız neftin satılması yolu ilə deyildir.

İraq vətəndaşı və sabiq Bəəs partiyasının üzvlərindən olan İŞİD-çi əlavə edib: İŞİD İraq neftini Türkiyə yolu ilə müxtəlif ölkələrə satmaqdan əlavə, digər ölkələrdən də maliyyə dəstəyi alır. Belə ki, Qətər ildə 120 milyon dollar, Ərəbistan 50 milyon dollar, Birləşmiş Ərəb Əmirlikləri 35 milyon dollar və Bəhreyn 12 milyon dollar bu qrupa kömək edir.

Bağdadinin müavinin sözlərinə görə, Küveytin İŞİD-ə dəstəyinin maliyyə həcmi də 1 milyon 850 min dollardır. Bu köməklər bu ölkələrdəki iş adamları tərəfindən İŞİD-in ixtiyarına verilir və İsrail və bəzi qərb ölkələri də İŞİD-ə maliyyə yardımı edirlər.

Bağdadinin müavini həmçinin etiraf edib ki, İŞİD-in təxminən 52 min qüvvəsi vardır. Onların 22 min nəfərinin maaşı İŞİD-in bölgə üzrə başçıları tərəfindən, qalan şəxslərin maaşı isə İŞİD-i dəstəkləyən ölkələr tərəfindən ödənilir.

Bağdadinin müavini həmçinin etiraf edib: Bu qrupa hərbi təchizat, avtomobillər, qüvvələrin daşınması üzrə maşınlar, həmçinin tibbi xidmətlər, dərman və ilkin yardımlar Türkiyə vasitəsi ilə təmin olunur. Hətta İŞİD yaralıları Türkiyə xəstəxanalarında müalicə olunur və çoxlu sayda Türkiyə hərbi məsləhətçisi İraqdadır və hərbi düzülüşlər və qüvvələrin təlimi barədə İŞİD-ə kömək edirlər.

Bağdadinin müavinin dediyinə görə, İŞİD qüvvələrinin 90%-dən çoxu İstanbul hava limanı və Türkiyə rəsmilərinin məlumatlı olduğu bir halda İraqa nəql olunur.

Teqlər