Livanın sabiq baş naziri: Türkiyə Ərəb ölkələrinin təhlükəsizliyini təhdid edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200601-livanın_sabiq_baş_naziri_türkiyə_Ərəb_ölkələrinin_təhlükəsizliyini_təhdid_edir
Livanın keçmiş baş naziri Səlim əl-Həs Türkiyə hərbçilərinin İraq ərazisinə təcavüz etmələrini pisləyərək, deyib: Türkiyə bütün Ərəb ölkələrinin təhlükəsizliyi və coğrafiyasını təhdid edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 10:42 Asia/Baku
  • Livanın sabiq baş naziri: Türkiyə Ərəb ölkələrinin təhlükəsizliyini təhdid edir
    Livanın sabiq baş naziri: Türkiyə Ərəb ölkələrinin təhlükəsizliyini təhdid edir

Livanın keçmiş baş naziri Səlim əl-Həs Türkiyə hərbçilərinin İraq ərazisinə təcavüz etmələrini pisləyərək, deyib: Türkiyə bütün Ərəb ölkələrinin təhlükəsizliyi və coğrafiyasını təhdid edir.

İRNA-nın məlumatına görə, Səlim əl-Həs deyib: Türkiyə hərbçilərinin İraqın icazəsi olmadan bu ölkə ərazisinə daxil olmaları nigaranlıq doğurur.

O, Türkiyənin bu hərəkətini İraqın ərazi bütövlüyü və hakimiyyət hüququna təcavüz adlandırıb və deyib: Türkiyə bu hərəkətlə İraqın parçalanmasına şərait yaratmağa çalışır.