Xarici hərbi müdaxilə qəbuledilməzdir
-
Xarici hərbi müdaxilə qəbuledilməzdir
İraq məclisinin sədri deyib ki, bu ölkədə hər cür xarici hərbi müdaxiləni suverenliyin aşkar pozulması bilir və onunla şiddətlə müxalifik.
IRIB-nin məlumatına görə, Bağdadda Mili Barışıq Konfransında çıxış edən Səlim Əlcəburi əlavə edib: İraq çətin bir şəraitdədir və çalışır ki, öncə daxili ixtilaflara, həmçinin terrorizmə son qoysun. Buna görə, belə bir durumda biz problemlərlə mübarizə üçün daha artıq fikir mübadiləsi istəyirik.
Həmçinin Əlcəburi terrorizmlə mübarizə üçün bütün iraqlı siyasi qruplardan ibarət müştərək bir komitənin yaradılmasını istəyib.
İraqın baş naziri və bu ölkənin Kürdüstan iqliminin başçısı xarici qüvvələrin İraq torpağına girmələrini rədd olunan hərəkət adlandırıblar.
Məsud Barizani Heydər Əlibadi ilə telefon söhbətində deyib ki, İraqın hakimiyyəti Kürdüstan iqlimi üçün qırmızı xəttdir və Ərbil hər bir xarici qüvvənin İraqa girməsilə müxalifdir.
Barizani və İbadi dünən gecəki telefon söhbətində Türkiyədən olan xarici qüvvələrin İraqdan tez bir zamanda çıxmaları və İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması barədə iki tərəfin müştərək baxışları və mövqelərinin eyni olması, habelə birlik vacibliyini vurğulayıblar.