Məsud Barizani Ankarada Ərdoğan ilə görüşdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200627-məsud_barizani_ankarada_Ərdoğan_ilə_görüşdü
İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb, danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 06:02 Asia/Baku
  • Məsud Barizani Ankarada Ərdoğan ilə görüşdü
    Məsud Barizani Ankarada Ərdoğan ilə görüşdü

İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb, danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, Türkiyənin dövlət televiziyası çərşənbə günü axşam bu barədə məlumat verib və bildirib ki, Barizani və Ərdoğan arasında keçirilən görüş bağlı qapılar arxasında baş tutub.

İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani çərşənbə günü Ankaraya daxil olub və Ankaraya daxil olmasının ardınca birbaşa olaraq Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) başçısı Hakan Fidan ilə görüşüb.

Barizaninin Ankaraya olan səfəri Türkiyə qoşunlarının İraqın şimalındakı iştirakına görə, Ankara-Bağdad münasibətlərində gərginliyi artdığı bir dövrə təsadüf edir.

Məsud Barizaninin Ankaraya olan səfəri və Türkiyə rəsmiləri ilə görüşlərinin detalları barədə hələ ki, heç bir məlumat yayılmayıb.