Livan Hizbullahının vəkilləri Ərəb Sət-ə qarşı qanun çərçivəsində davranılmasını istədilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200641-livan_hizbullahının_vəkilləri_Ərəb_sət_ə_qarşı_qanun_çərçivəsində_davranılmasını_istədilər
Livan Hizbullahının Vəkillər Kollegiyası əl-Minar telekanalının yayımını dayandırmasına görə, Ərəb Sət peyk şirkətinə qarşı qanuni tədbirlərin görülməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 10:32 Asia/Baku
  • Livan Hizbullahının vəkilləri Ərəb Sət-ə qarşı qanun çərçivəsində davranılmasını istədilər
    Livan Hizbullahının vəkilləri Ərəb Sət-ə qarşı qanun çərçivəsində davranılmasını istədilər

Livan Hizbullahının Vəkillər Kollegiyası əl-Minar telekanalının yayımını dayandırmasına görə, Ərəb Sət peyk şirkətinə qarşı qanuni tədbirlərin görülməsini istəyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullahı Vəkillər Kollegiyası bir bəyanat yayaraq, Səudiyyə Ərəbistanının Livanın əl-Minar telekanalının Ərəb Sət peyki üzərindən yayımını dayandırmasını qınayıb, bu addımı qeyri-qanuni, zalımcasına və düşmənçiliyə əsaslanan, əxlaqdan kənar bir davranış adlandırıb.

Ərəb Sət peyk şirkəti bir müddət öncə Livandakı ofisini İordaniyaya köçürməsinin ardınca, Livanın əl-Minar telekanalının bu peyk üzərindən yayımını dayandırıb. Bu məsələ Ərəb dünyasında bir sıra media birlikləri və tanınmış simaların etirazlarına səbəb olub.