Türkiyə hərbçilərinin İraqa daxil olmasını qınayan layihə qəbul edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200647-türkiyə_hərbçilərinin_İraqa_daxil_olmasını_qınayan_layihə_qəbul_edildi
İraq Parlamenti Türkiyənin İraqa hərbi müdaxiləsini qınayan layihəni təsdiq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 10:57 Asia/Baku
  • Türkiyə hərbçilərinin İraqa daxil olmasını qınayan layihə qəbul edildi
    Türkiyə hərbçilərinin İraqa daxil olmasını qınayan layihə qəbul edildi

İraq Parlamenti Türkiyənin İraqa hərbi müdaxiləsini qınayan layihəni təsdiq etdi.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraq hökumətinin Türkiyəyə öz hərbçilərini bu ölkədən çıxartmaq üçün təyin etdiyi müddətin başa çatmasının ardınca, İraq Parlamenti çərşənbə günkü iclasında Türkiyənin bu ölkəyə hərbi müdaxiləsini qınayan bir layihə qəbul edib.

İraq Parlamenti Türkiyənin Mosuldakı hərbi iştirakı barədə qərarların qəbul edilməsini Bağdadın səlahiyyətləri çərçivəsində məhdudlaşdırıb və bu məsələ qarşısında lazımi tədbirlərin görülməsini istəyib.

İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər əl-İbadi də bildirib ki, Türkiyənin hərbi təcavüzlərini cavablandırmaq üçün malik olduğu bütün səlahiyyətlər və ixtiyarlardan istifadə edəcək. Və əgər diplomatik səylər nəticəsiz qalarsa, İraq Türkiyənin bu hərəkətinə qarşı hərbi seçimdən istifadə edəcək.