Türkiyə qüvvələrinin İraqa daxil olması, bu ölkənin hakimiyyətinin pozulmasıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200704-türkiyə_qüvvələrinin_İraqa_daxil_olması_bu_ölkənin_hakimiyyətinin_pozulmasıdır
BMT Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasını bu ölkənin hakimiyyətinin pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 07:03 Asia/Baku
  • Türkiyə qüvvələrinin İraqa daxil olması, bu ölkənin hakimiyyətinin pozulmasıdır
    Türkiyə qüvvələrinin İraqa daxil olması, bu ölkənin hakimiyyətinin pozulmasıdır

BMT Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasını bu ölkənin hakimiyyətinin pozulması adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İraqın Süməriyyə Nyuz telekanalına istinadla verdiyi məlumata görə, BMT-nin İraq üzrə nümayəndəsi Yan Kubiş cümə günü İraq xarici işlər naziri İbrahim Cəfəri ilə görüşdə deyib: BMT İraqın birliyi və hakimiyyətini dəstəkləmək və bu ölkə ərazisinə xarici təcavüzlərin qarşısını almaq üçün bütün səyini göstərəcəkdir.

Kubiş Türkiyə qüvvələrinin İraq ərazisinə daxil olmasının bu ölkənin hakimiyyətinin pozulması hesab olunduğunu bildirərək deyib: Türkiyənin Bağdaddakı səfiri ilə görüşdə bu məsələ və Türkiyə və İraq arasındakı bu problemin dərhal həll olunması barəsində fikir mübadiləsi aparıb.

Bu arada İraq xarici işlər naziri İbrahim Cəfəri bu görüşün kənarında BMT-dən İraqın birliyi və hakimiyyətinin qorunması sahəsində səy göstərməsini istəyib və bildirib: İraq rəsmilərinin haqqı vardır ki, Türkiyə silahlı qüvvələrinin İraq ərazilərindən çıxarılması üçün BMT Təhlükəsizlik Şurasından kömək istəsin.

Cəfəri BMT-nin İraqın hakimiyyəti və birliyinin qorunması və istənilən xarici müdaxilənin qarşısının alınmasındakı rolunun əhəmiyyətini vurğulayaraq deyib: İraq bütün beynəlxalq icaslarda yalnız İraqın mərkəzi hökumətinin razılığı şərti ilə təkfirçi İŞİD terrorçuları ilə döyüşlərdə hərbi, təhlükəsizlik və insani dəstəklərin zəruriliyini vurğulayıb.

Bir qrup Türkiyə hərbçisi bir müddət öncə tank və zirehli avadanlıqlarla Mosul şəhərinin şimal-şərqində yerləşən Bəşiqə məntəqəsində yerləşib.