İraqın Bəsrə vilayətində Türkiyə şirkətləri boykot olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200786-İraqın_bəsrə_vilayətində_türkiyə_şirkətləri_boykot_olunub
İraqın cənubunda Bəsrə Vilayət Şurası Türkiyə məhsullarının boykot edildiyi və Bəsrə vilayətində Türkiyə şirkətləri ilə anlaşmaların olmadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 06:34 Asia/Baku
  • İraqın Bəsrə vilayətində Türkiyə şirkətləri boykot olunub
    İraqın Bəsrə vilayətində Türkiyə şirkətləri boykot olunub

İraqın cənubunda Bəsrə Vilayət Şurası Türkiyə məhsullarının boykot edildiyi və Bəsrə vilayətində Türkiyə şirkətləri ilə anlaşmaların olmadığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının bildirdiyinə görə, Bəsrə Vilayət Şurasının sədri Sabah əl-Bəzuni Türkiyə tərəfindən İraqın hakimiyyətinin pozulmasına reaksiyada bildirib: Türkiyə şirkətləri ilə əsasən də neft sektorunda istənilən layihənin icrası və yaxud hər bir anlaşmanın imzalanması ləğv olunub.

Əl-Bəzuni bu sanksiyanın Bəsrə vilayətindəki fəal olan xarici şirkətlərə də şamil olduğunu bildirib və deyib: Bu şirkətlər Türkiyə şirkətləri ilə əsasən də neft sektorunda istehsal və xidmətlər müqavilələrini təxirə salmalıdırlar.

Bəsrə Vilayət Şurasının sədri həmçinin İraq hökumətinin orqanlarından istəyib ki, hökumət heyətləri çərçivəsində işçilərin Türkiyəyə ezam olunmasından çəkinsin.

Əl-Bəzuni bildirib: Türkiyə qüvvələrinin İraqın şimalında yerləşdirilməsi davam etdiyi halda, başqa qərarlar, o cümlədən Türkiyə vətəndaşlrının Bəsrə Beynəlxalq Hava Limanına daxil olması və Türkiyə istehsalı olan məhsulların bu vilayətdən paylanmasının qarşısının alınması istiqamətində addımlar atılacaq.

Türkiyə ordusunun onlarla hərbçisi 4 dekabrda kürd peşmərgə qüvvələrinə təlim keçmək bəhanəsi ilə Neynəva vilayətində Mosulun Bəşiqə məntəqəsinə daxil olub. Bu hərəkət İraq vətəndaşları, şəxsiyyətləri və rəsmilərinin sərt reaksiyası ilə üzləşib.