Dek 20, 2015 14:11 Asia/Baku
  • İsrail rejimi Livan Hizbullahının reaksiyasından nigarandır
    İsrail rejimi Livan Hizbullahının reaksiyasından nigarandır

Sionist rejim başçıları Livan Hizbullahının komandanlarından birinin Dəməşqin cənubuna olan hava hücumları zamanı şəhid edilməsinə görə, Hizbullahın verəcəyi reaksiyadan nigaranlıq ediblər.

Livanın əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Livan Hizbulahının komandanlarından olan Səmir Qəntarın İsrail qırıcılarının Dəməşqin cənubunda, Cərmana şəhərində onun yaşadığı evə hücumları zamanı şəhid olub.

İsrail rejimi Knessetinin üzvü İl bin Rufin Livan Hizbullahının bu cinayətə reaksiyasından nigaranlıq edərək, sionist rejimin tam hazır olmasını istəyib.

Səmir Qəntar sionist rejim zindanlarında ən çox əsir qalan livanlıdır. O, 30 il İsrail rejimi zindanlarında əsir olaraq saxlanılıb və 2008-ci ildə Livan Hizbullahı ilə İsrail rejimi arasında əsirlərin mübadiləsi zamanı azad edilib.

Bundan öncə İsrail rejimi dəfələrlə Qəntarı şəhid etməyə çalışsa da buna nail ola bilməmişdi.

Teqlər