Səmir Qəntarın terror edilməsinə reaksiyalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201082-səmir_qəntarın_terror_edilməsinə_reaksiyalar_davam_edir
Həmas-ın hərbi qolu İsrail rejiminin Livan Hizbullahının koomandanlarından birini terror etməsini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2015 08:40 Asia/Baku
  • Səmir Qəntarın terror edilməsinə reaksiyalar davam edir
    Səmir Qəntarın terror edilməsinə reaksiyalar davam edir

Həmas-ın hərbi qolu İsrail rejiminin Livan Hizbullahının koomandanlarından birini terror etməsini qınayıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İzzəddin Qəssam Batalyonları bazar günü bir bəyanat yayaraq, bildirib: Səmir Qəntarın terror edilməsi bir daha sübut etdi ki, İsrail rejimi terrorizmdən əl çəkməyib. Buna görə də müqavimətin cavabını gözləməli olacaq.

Həmas da İsrail rejiminin Səmir Qəntarı terror etməsini qınayıb və dünya ictimaiyyətindən istəyib ki, bu cinayətlər qarşısında öz vəzifəsini yerinə yetirsin.

Livan Hizbullahının komandanlarından və müqavimət cəbhəsinin tanınmış simalarından olan Səmir Qəntar sionistlərin Dəməşqin ətrafında yerləşən Cərmana məntəqəsinə hücumu zamanı şəhid edilib.