Sionist rejimin Hizbullahın Suriyadakı mövqelərinə hücumu təkzib olunub
Dek 27, 2015 10:26 Asia/Baku
-
Sionist rejimin Hizbullahın Suriyadakı mövqelərinə hücumu təkzib olunub
Livan Hizbullahı sionist rejimin bu qrupun Suriyanın qərbindəki mövqelərinə qarşı hava hücumlarını təkzib edib.
Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, Livan Hizbullahının xəbər mənbələri bildiriblər ki, bəzi sionist mediaların sionist qırıcıların Suriyanın Əlqələmun məntəqəsində Livan Hizbullahının mövqelərinə qarşı hava hücumları barədə məlumatı əsassızdır.
Sionist xəbər mənbələri şənbə günü gecə bildiriblər ki, sionist qırıcılar Suriyanın Əlqələmun dağlıq məntəqəsində Livan Hizbullahının mövqelərini hədəfə alıblar.
Sionist rejimin livanlı azadə Səmir Qəntarı şəhid etmək üzrə terror addımından sonra Livan Hizbullahının Qəntarın qanının intiqamını almaq üzrə təkidi sionistlər arasında qorxu və dəhşət hissi yaradıbdır.