Heydər İbadi "Rəmadi" şəhərinə daxil oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i201881-heydər_İbadi_rəmadi_şəhərinə_daxil_oldu
İraqın baş naziri Heydər İbadi bu ölkə silahlı qüvvələrinin ali baş komandanı olaraq çərşənbə axşamı Rəmadi şəhərində İraq bayrağının dalğalandırılmasının ardınca, ilk fürsətdə bu şəhərə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2015 15:33 Asia/Baku
  • Heydər İbadi
    Heydər İbadi "Rəmadi" şəhərinə daxil oldu

İraqın baş naziri Heydər İbadi bu ölkə silahlı qüvvələrinin ali baş komandanı olaraq çərşənbə axşamı Rəmadi şəhərində İraq bayrağının dalğalandırılmasının ardınca, ilk fürsətdə bu şəhərə səfər edib.

Heydər İbadi həmçinin, ötən gecə Rəmadi şəhərinin azad edilməsi münasibəti ilə İraq xalqı və ordusunu təbrik edib və deyib: İraq öz hərbi əməliyyatlarını Mosul şəhərinin azad ediləcəyi zamana kimi davam etdirəcək.

Heydər İbadinin mətbuat katibi Səid Hədisi də İraqın təhlükəsizlik qüvvələrinin 2015-ci ildə ölkənin işğal altında olan ərazilərdə yaxşı irəliləyişlərə malik olduğunu deyərək, İŞİD-in işğalı altında olan ərazilərin 48%-nin azad edildiyini bildirib.

İraq ordusu ötən gün Rəmadi şəhərinin azad edilməsi xəbərini rəsmən elan edərək, bu şəhərdə İraq bayrağını dalğalandırıb.