Dek 31, 2015 20:19 Asia/Baku
  • Sionist hərbçilər bir fələstinlini şəhid ediblər
    Sionist hərbçilər bir fələstinlini şəhid ediblər

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı cinayətlərinin və Qüds intifazəsini yatırtmanın davamında daha bir fələstinlini şəhid ediblər.

Əlaləm telekanalının məlumatına görə, sionist hərbçilər cümə axşamı günü müqavimət əməliyyatı bəhanəsilə bir fələstinlini İordan çayının qərb sahilndə yerləşən Nablus şəhərində şəhid ediblər.

Bundan öncə Livanın Əlməyadin telekanalı Nablusda bir fələstinlinin öz avtomobili ilə bir neçə sionisti basmasından xəbər vermişdi.

Bu fələstinlinin şəhid olması ilə 2015-ci ilin oktyabr ayının əvvəllərində Qüds intifazəsinin başlanmasından bəri fələstinli şəhidlərin sayı 144 nəfərə çatıb.

Belə bir halda, sionist rejim hərbçiləri İordan çayının qərb sahilnin müxtəlif məntəqələrinə, o cümlədən Cenin şəhərinə basqın edərək, ondan çox fələstinlini həbs ediblər.

Teqlər