Yan 01, 2016 18:15 Asia/Baku
  • Ərəbistanın valyuta ehtiyatları azalıb
    Ərəbistanın valyuta ehtiyatları azalıb

Səudiyyə Ərəbistanının valyuta ehtiyatları yüz milyard dollardan çox azalıbdır.

Əlməyadin telekanalı bildirib ki, dünya bazarlarında neftin qiymətinin süqut etməsinin ardınca kəskin büdcə çatışmazlığı üzündən Ərəbistanın valyuta ehtiyatları azalıb və 732 milyard dollardan 628 milyard dollaradək tənəzzül edibdir.

Ərəbistan dövləti 2015-ci ildə öz büdcə çatışmazlığını təmin etmək üçün valyuta ehtiyatlarından götürmək və daxili bazarlarda qiymətli kağızlar verməyə məcbur oldu. Ərriyad 2016-cı il büdcəsini də təqribən qırx faizlik çatışmazlıqla nəzərdə tutubdur.

Ərəbistan dövləti bazar ertəsi günü bildirdi ki, öz illik büdcəsindəki misli görünməmiş çatışmazlığın əvəzini çıxmaq üçün elektrik, su, kerosin və digər neft məmulatları daxil olmaqla enerji daşıyıcılarının qiymətlərini təqribən əlli faiz artıracaq.

Dünya bazarlarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, Ərəbistanın Yəmənə təcavüzü və Ali-Səudun İŞİD terrorçularına maliyyə dəstəyi Səudiyyə Ərəbistanının iqtisadi durumunu problemlə üzləşdiribdir.

Teqlər