Yan 02, 2016 19:13 Asia/Baku
  • İraqlılar Şeyx Nimrin edamına etiraz etdilər
    İraqlılar Şeyx Nimrin edamına etiraz etdilər

Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edam olunması İraq rəsmiləri və şəxsiyyətlərinin kəskin etirazına səbəb olub.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, İraqın bəzi dairələri və şəxsiyyətləri səudiyyəli rəsmilərin icra etdiyi edam qərarına etiraz olaraq yenilərdə fəaliyyətə başlayan Səudiyyə Ərəbistanının Bağdaddakı səfirliyinin bağlanmasını istəyiblər.

Seyid Əmmar Həkimin başçılıq etdiyi İraq İslam Ali Məclisi bir bəyanatda Şeyx Nimrin səudiyyə rejimi tərəfindən edam olunmasını pisləyib: Şeyx Nimrin qətlə yetirilməsi Ərəbistan və regionda gərginliyin artması ilə nəticələnəcək.

İraqın sabiq baş naziri və Qanun Hökuməti Koalisiyasının başçısı Nuri Maliki də bir bəyanatda Şeyx Nimrin edam edilməsini pisləyib və əlavə edib: Şeyx Nimrin edam edilməsi, sonda səudiyyə quruluşunun devrilməsi ilə nəticələnəcək .

İraqın Sədr qrupunun rəhbəri Müqtəda Sədr də Şeyx Nimrin edam edilməsini pisləyərək bu cinayətkarlığa qarşı irimiqyaslı aksiyanın keçirilməsini istəyib.

Sədr Ərəbistan şiələrini səudiyyəli rəsmilərin bu hərəkətinə şücaətli reaksiya verməyə çağırıb.

Sədr həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasını bu ədalətsiz qərarı pisləməyə çağırıb.

İraqın Nümayəndələr Məclisində əl-Dəəvə fraksiyasının rəhbəri Xələf Əbdüssəməd də deyib: Şeyx Nimrin edamı səudiyyə rejimi üçün mənfi nəticələrə səbəb olacaq və Ali-Səud hökumətinin sonu olacaqdır.

Əbdüssəməd Səudiyyə Ərəbistanının Bağdaddakı səfirliyinin bağlanması və bu ölkə səfirinin Bağdaddan çıxarılmasını istəyib.

İraqda Xalq Könüllü Qüvvələrin rəisəvəzi Əbu Mehdi əl-Mühəndis də Şeyx Nimrin edam edilməsini pisləyib və onu cinayət adlandırıb.

Teqlər