İraq rəsmisi: Mosulun azadlığı sürətli, qəfil və asan olacaqdır
Yan 07, 2016 20:17 Asia/Baku
-
İraq rəsmisi: Mosulun azadlığı sürətli, qəfil və asan olacaqdır
İraqın Terrorizmlə Mübarizə İdarəsinin rəisi Talib əl-Kənani deyib: Rəmadi şəhərinin azad olunmasında ordu yaxşı təcrübələr əldə etdi və bu təcrübələrdən Mosul şəhərinin azad olunmasında istifadə edəcəkdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, əl-Kənani deyib: Mosulun azad olunması sürətli, qəfil və asan olacaqdır.
Terrorizmlə Mübarizə İdarəsinin rəisi əlavə edib: İŞİD terrorçuları Fəllucədə ordunun irəliləməsi və öz mövqelərinin bombalanmasının qarşısını almaq üçün qadın və uşaqlardan insan sipəri olaraq istifadə edir.