Yan 10, 2016 10:03 Asia/Baku
  • İŞİD əl-Ənbarda ağır tələfat verdi
    İŞİD əl-Ənbarda ağır tələfat verdi

Yüzlərlə İŞİD terrorçusu İraqın əl-Ənbar vilayətində ordu və xalq qüvvələri ilə döyüşlərdə həlak olub.

İraq mənbələri bildirirlər ki, İŞİD-in əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərində məğlub olmasının və Fəllucə şəhərindəki mövqeyinin zəifləməsinin ardınca, bu qruplaşma üzvləri itirilmiş mövqeləri geri qaytarmaq üçün bir sıra əməliyyatlar həyata keçirib ki, yüzlərlə terrorçusunun ölümü ilə nəticələnib.

Bağdad Əməliyyat Qərargahının komandanı Əbdüləmir Şəmiri deyib: İraq ordusu İŞİD-in hücumlarını önləməklə yanaşı, terrorçulara qarşı hücumlarda yeni uğurlar əldə edib.

O həmçinin deyib: son günlər ərzində 200-dən çox terrorçu öldürülüb və onlarla bomba quraşdırılmış avtomobil məhv edilib.

İraq Əməliyyat Qərargahının komandanı həmçinin, deyib: İraqın Hava Qoşunları Rəmadinin azad edilməsində mühüm rol oynayıblar.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Bağdadın cənub-qərbində, Həyyül-Amilməntəqəsində trətdikləri terror hücumunda 1 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

İraqın təhlükəsizlik rəsmiləri bildirirlər ki, terrorçular savaş meydanında ağır məğlubiyyətlər ilə üzləşməsinin ardınca, şəhərlərdə terror aktlarının törədilməsinə üz tutublar.

Bu məlumata görə, BMT hər ay İraqda yüzlərlə insanın terror hücumları zamanı həyatını itirdiyini bildirib.

Teqlər