Hələbdə terrorçuların yeni cinayəti
-
Hələbdə terrorçuların yeni cinayəti
Terrorçuların Suriyanın Hələb şəhərinə olan raket hücumlarında 3 uşaq həyatını itirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, terrorçuların Hələbin Əşrəfiyyə məntəqəsin olan hücumunda 3 uşaq həlak olub, bir neçə nəfər isə yaralanıb.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu Hələbin qərbində terrorçuların nəzarəti altında olan ərazilərə qarşı geniş hərbi əməliyyatların başlamasından xəbər verib.
Suriya ordusu bu gün Hələb şəhərinin ətrafında yerləşən Xan Əsəl məntəqəsinin terrorçulardan azad edilməsi üçün hərbi əməliyyata başlayıb.
Bu əməliyyat zamanı Suriya ordus hava qüvvələri və Rusiya qırıcıları terrorçuların mövqelərini bombardman edərək, quru qoşunlarına dəstək verirlər.
Suriya təhlükəsizlik qüvvələri həmçinin bildirirlər ki, ordu qüvvələrinin Darya şəhərində terrorçuların mövqelərinə qarşı irəliləməsi davam edir və təhlükəsizlik qüvvələri şəhərin bir hissəsini azad ediblər.
Suriyadan daxil olan başqa bir məlumata görə, BMT-nin vasitəçiliyi ilə Suriya dövləti ilə terrorçular arasında əldə olunmuş anlaşma əsasında, ikinci dərman və ərzaq yardımları y ükü Dəməşqdən Məzaya, Fuə və Kəfərya şəhərlərinə doğru yola düşüb.
Suriya ordusu ötən aylar ərzində və Rusiyanın Suriyada terrorçulara qarşı hərbi əməliyyatlara başlamasının ardınca, terrorçulara ağır zərbələr endirib və ordu qüvvələrinin terrorçuların mövqelərinə doğru irəliləyişi davam edir.