İran və Küveyt vətəndaşları edama məhkum edildilər
Yan 13, 2016 13:21 Asia/Baku
Küveyt məhkəməsi bir İran və bir Küveyt vətəndaşı barəsində edam hökmü çıxardıb.
Əl-Ərəbiyyə informasiya kanalının verdiyi məlumata görə, Küveyt Cinayət Məhkəməsi bir İran və bir Küveyt vətəndaşı barəsində Livan Hizbullahı üçün casusluq və silah qaçaq etmək ittihamı ilə edam qərarı çıxardıb.
İran vətəndaşı barəsində çıxarılan edam hökmü qiyabi şəkildə çıxardılıb. Küveyt Cinayət Məhkəməsi bu cinayət işi ilə bağlı bir nəfəri də ömürlük olaraq azadlıqdan məhrum edib.
Beynəlxalq dairələr dəfələrlə Küveytdə insan haqlarının pozulması və bu ölkə məhkəmələrində sifarişli hökmlərin çıxarılması barədə xəbərdarlıq ediblər.