İraq Türkiyəyə xəbərdarlıq etdi
-
İraq Türkiyəyə xəbərdarlıq etdi
İraq xarici işlər naziri Türkiyə qüvvələrinin İraq ərazisində iştirakının davam etməsinə reaksiyaların davamında Türkiyəni hərbi seçimdən istifadə etməklə hədələyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İraq xarici işlər naziri İbrahim əl-Cəfəri əl-Məyadin telekanalı ilə müsahibədə dolayısı ilə Türkiyəyə xəbərdarlıq edib ki, əgər Türkiyə hərbi qüvvələri İraqdan çıxmazlarsa, müxtəlif seçimlər, o cümlədən hərbi seçimdən istifadə edəcək.
İraq xarici işlər naziri Ərəb Liqası və BMT Təhlükəsizlik Şurası tərəfindən Türkiyə qüvvələrinin İraq ərazisində olmasının pislənilməsinə toxunaraq əlavə edib: İraq həmişə bu qeyri-qanuni hərəkətin pislənilməsi ilə özünü müdafiə edəcək və hakimiyyətinin pozulmasının qarşısını almaq istiqamətində hərəkət edəcək.
Türkiyə İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə öz qüvvələrinin İraqın şimalındakı iştirakını əsaslandırmağa çalışır.
Onlarla Türkiyə ordusu hərbçisi 2015-ci il 4 dekabrda İraq kürd peşmərgə qüvvələrinə təlim keçmək adı aldında Neynəva vilayətinin Mosul şəhərinin Bəşiqə məntəqəsinə daxil olub.