Yan 17, 2016 13:36 Asia/Baku
  • Sionist casusluq təyyarəsi Livan səmasına daxil olub
    Sionist casusluq təyyarəsi Livan səmasına daxil olub

Livan ordusu komandanlığı bu ölkə hava zolağının sionist rejim tərəfindən pozulduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Livanın Dövlət İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Livan ordusunun komandanlığı bir bəyanatda bildirib: Livanın hava zolağının dəfələrlə pozulması və sionist rejimin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq qalmamasının davamında İsrailin bir ədəd casusluq təyyarəsi ötən gün Livanın hava zolağına daxil olub.

Bu casusluq təyyarəsi Livanın cənubunda əl-Naqurə, İqlim əl-Xərub, əl-Cənub, əl-Bəaq əl-Qərbi və Kəfərkəla bölgələri üzərində reyd keçirərək işğal olunmuş Fələstinə qayıdıb.

İsrailin Livana qarşı təcavüzkar hərəkətləri son aylarda daha geniş hal alıb.

Livan Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, sionist rejim 2015-ci ildə 1168 dəfə Livanın ərazisini hava, dəniz və qurudan pozub.

Teqlər