Rusiyanın Suriyda humanist əməliyyatları davam edir
-
Rusiyanın Suriyda humanist əməliyyatları davam edir
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Suriyada 40 ton humanitar yardımın paylanmasından xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: 40 tondan çox humanitar yardım Suriyada terror qruplaşmalarının mühasirəsində olan bölgələrə göndərilib və paylanıb.
İqor Konaşenkov xatırladıb: Rusiya təyyarələri Suriyada terrorçuların mühasirəsində olan müxtəlif bölgələrdə ehtiyaclı insanlara humanitar yardımları göndərməyi davam etdirirlər. Belə ki, çərşənbə axşamı günü də 40 tondan çox humanitar yardımlar hava vasitəsi ilə Suriyanın şərqində Deyruz-Zur şəhəri və İŞİD terrorçularının mühasirəsində olan digər bölgələrə çatdırılmışdır.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü həmçinin bildirib: Rusiya qırıcı təyyarələri ötən bir neçə gündə Suriyada təkfirçi terrorçuların 579 mövqeyinə ən azı 157 dəfə hücum etmişlər.
Konaşenkov əlavə edib: Rusiya qırıcıları ötən günlərdə İdlib, Deyruz-Zur, Homs, Həma, Riqqə və Laziqiyyə şəhərlərində terrorçuların mövqelərini bombalamış və onlara çoxlu zərbələr endirmişdir.