2015-də 2200-dən çox fələstinli uşaq həbs olunub
-
2015-də 2200-dən çox fələstinli uşaq həbs olunub
Sionist hərbçilər 2015-ci ildə 2200-dən çox fələstinli uşağı həbs ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri İsa Qəraqe cümə axşamı günü İordan çayının qərb sahilində bildirib: Sionist hərbçilər 2015-ci ildə Fələstinin müxtəlif bölgələrində 2200-dən çox fələstinli uşağı həbs ediblər. Onlardan bəziləri bir gün əsir olub və azad ediliblər.
İsa Qəraqe 2016-cı ili sionist həbsxanalarında fələstinli əsir uşaq və qadınlarla həmrəylik ili adlandırıb və əlavə edib: Hazırda sionist rejim həbsxanalarında olan uşaqların sayı 450 nəfərdən çoxdur.
Fələstin rəsmisi xatırladıb: Əksər fələstinli əsir uşaq sionist hərbçilər tərəfindən işgəncəyə məruz qalır.
İsa Qəraqe həmçinin bildirib: Hazırda 55 fələstinli əsir qadının 15 nəfəri azyaşlıdır. Onların 9 nəfəri də yaralanmışdır.
Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri deyib: Təxminən iki ay öncə İsrail həbsxanasında aclıq aksiyası keçirən fələstinli əsir jurnalist Məhəmməd əl-Qiqin həyatı hazırda təhlükədədir.
İsa Qəraqe fələstinli əsirlər, xüsusilə də Məhəmməd əl-Qiqlə həmrəyliyi elan etmək üçün beynəlxalq kampaniyanın başlanması, eləcə də fələstinli əsirlərin azadlığı üçün bütün beynəlxalq hüquq müdafiəsi təşkilatlarının dərhal hərəkətə keçmələrinin vacibliyini vurğulayıb.
Hazırda 7 mindən çox fələstinli sionist rejim həbsxanalarında acınacaqlı şəraitdə dustaqdır.