Sionist hərbçilərin atəş açması nəticəsində fələstinli qız şəhid oldu
-
Sionist hərbçilərin atəş açması nəticəsində fələstinli qız şəhid oldu
Bir fələstinli qız sionist rejim hərbçilərinin atəş açması nəticəsində şəhid olub.
Səhər Beynəlxalq Televiziyasının Qüds Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, bu gün səhər işğal olunmuş Qüdsdə sionist Antut şəhərciyi yaxınlığında sionist hərbçilərin atəş açması nəticəsində yaralanan 20 yaşlı fələstinli qız yaralarının ağırlığı üzündən şəhid olub.
İsrail rejimi polisi bildirib ki, bu fələstinli qız sionist rejimin sərhəd mühafizə qüvvələrinin bir tərəfindən şəhid edilib.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci il oktyabr ayının əvvəlindən sionist rejimin əl-Əqsa məscidi qarşısında yürütdüyü təcavüzkar siyasətlərə fələstinlilərin etirazlarının şahididir.
Qüds İntifazəsi kimi tanınan fələstinlilərin yeni qiyamında indiyə qədər 164 nəfər şəhid olmuş, minlərlə fələstinli də yaralanmış və yaxud həbs olunmuşdur.