Fələstinlilər "İsrail"in cinayətlərinə reaksiya verdilər
İşğal olunmuş Qüdsdə bir fələstinli bir sionisti yaralayıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, bir fələstinli gəncə çərşənbə gecə sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə reaksiyada soyuq silahla bir sionistə hücum edib və onu yaralayıb.
Bunun ardınca İsrail rejimi hərbçiləri bu fələstinli gənci həbs ediblər.
Əl-Əqsa televiziyası da İordan çayının qərb sahilində Ramullahda bir fələstinli gəncin sionistlərə qarşı əməliyyat keçirdiyini bildirib.
Sionist rejim hərbçiləri ötən gecə işğal olunmuş Qüdsün Əbudis məntəqəsində şəhid Məhəmməd Hələbiyyənin ailəsinin mənzilinə hücum ediblər.
İsrail rejimi hərbçiləri tərəfindən fələstinlilərin repressiya edilməsinə baxmayaraq Qüds İntifazəsi davam etməkdədir.
Fələstinin müxtəlif əraziləri 2015-ci il oktyabr ayının əvvəllərindən indiyə qədər sionist rejimin təcavüzkarlıq siyasəti, Beytül-Müqəddəsin kimliyinin təhrif olunması və əl-Əqsa məscidinin zaman və məkana bölünməsi üzrə məkrli plana qarşı fələstinlilərin irimiyqalsı etirazlarının şahididir.
Sionist hərbçilər Qüds İntifazəsinin əvvəlindən indiyə qədər təxminən 164 fələstinlini şəhid edib, bir qrupu da yaralayıb və həbs ediblər.
Fələstinlilər sionist rejimin cinayətlərinə reaksiyada indiyə qədər ən azı 25 sionisti öldürüblər.