Fev 03, 2016 12:43 Asia/Baku
  • Livanın şimalında əl-Qaidəyə bağlı 4 terrorçu öldürülüb
    Livanın şimalında əl-Qaidəyə bağlı 4 terrorçu öldürülüb

Livanın şimalında əl-Qaidə terror qruplaşmasına bağlı 4 terrorçu öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Livanın Hizbullah Hərəkatının qüvvələri ötən gün ölkənin şimal-şərqində raket hücumunda əl-Qaidə terror təşkilatına bağlı əl-Nüsrə Cəbhəsi terrorçularından ən azı 4 terrorçunu öldürüblər.

Bu hadisə Suriya ilə sərhəd yaxınlığındakı Ərsal bölgəsində baş verib. Bu bölgə 2014-cü ildə qısa bir müddət ərzində əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarının nəzarətində olmuşdur.

Hizbullah Hərəkatı bundan öncə dəfələrlə Suriyadan Livana nüfuz edən terrorçuları hədəfə alaraq məhv eetmişdir.

Ötən həftə ərzində Ərsalın ətrafında əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmaları arasında toqquşmalar baş vermişdir.

Teqlər