Fev 05, 2016 10:40 Asia/Baku
  • Suriya ordusunun terrorçularla mübarizədəki uğurları davam edir
    Suriya ordusunun terrorçularla mübarizədəki uğurları davam edir

Suriya ordusu bu ölkənin cənubundakı Dəra və Hələb vilayətlərinin digər hissələrini terrorçuların nəzarətindən çıxarıb.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Suriyanın ordusu və xalq qüvvələri cümə axşamı günü Dəra vilyayətindəki Əldəbş və Əlmənaşir məntəqələrini terrorçuların işğalından çıxara biliblər.

Suriya ordusu həmçinin bu ölkənin şimalındakı Hələb şəhərinin şimal ətrafında terrorçular və silahlı qrupların mövqelərinə ağır zərbələr endirib. Hələbin şimalındakı Rətiyan, Binun, Həyyan və Həritan kəndləri daxil olmaqla bir neçə kənd azad edilib.

Suriya ordusu Hələbin şimal ətrafında Mayər və Kəfin kəndləri arasındakı əlaqə mehvərində otuzdan çox terrorçunu öldürübdür.

Suriya qırıcıları da bir neçə dəfə Hələb vilayətinin Nubəl və Əzzəhra şəhərləri ətrafındakı kəndlərdə Cəyşulfəth terror qrupunun toplaşdığı məkanlara hücum ediblər.

Cibhətunnusrə terror qrupunun bu məntəqədəki mövqeləri də dağıdılıb və azı qırx terrorçu öldürülübdür.

Suriya ordusu Nubəl və Əzzəhra şəhərləri ətrafındakı kəndləri azad edəndən sonar ətrafdakı kəndlərə doğru irəliləyişə başlayıb. Nubəl və Əzzəhra məntəqələri Türkiyədən terrorçulara yardımın çatdırılması üzrə mühüm yollardan biri olubdur. Bu iki şəhər 2012-ci ilin iyunundan silahlı və terrorçu qrupların işğalı altında idi.

Bəzi region və Qərb ölkələrinin himayəsi altında olan terror qrupları təqribən beş ildir ki, Suriyanın bəzi məntəqələrini gərgin vəziyyətə salaraq, minlərlə nəfəri qətli-am ediblər.

Teqlər