Əlibadi Suriyaya quru qüvvələrinin göndərilməsi haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i207466-Əlibadi_suriyaya_quru_qüvvələrinin_göndərilməsi_haqda_xəbərdarlıq_edib
İraqın baş naziri Suiya torpağında hər cür quru qüvvəsi iştirakı barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 07:12 Asia/Baku
  • Əlibadi Suriyaya quru qüvvələrinin göndərilməsi haqda xəbərdarlıq edib
    Əlibadi Suriyaya quru qüvvələrinin göndərilməsi haqda xəbərdarlıq edib

İraqın baş naziri Suiya torpağında hər cür quru qüvvəsi iştirakı barədə xəbərdarlıq edib.

Röyters-in məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi çərşənbə günü xəbərdarlıq edib ki, Suriyada quru qoşunlarının yerləşdirilməsi təhlükəli bir faciəyəyə gətirib çıxaracaq.

Əlibadi İtalya partaxtına səfəri zamanı vurğulayıb ki, Suriya böhranı bu ölkəyə quru qüvvələrinin göndərilməsi ilə yox, siyasi yolla həll olunmalıdır, zira belə bir addım təhlükəli nəticələrlə üzləşəcək.

Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr çərşənbə günü deyib: Əgər anti-İŞİD amerikan koalisiya Suriyda İŞİD-ə qarşı quru qüvvələri yerləşdirmək qərarına gələrsə, Ərəbistan öz qüvvələrini bu əməliyyatda iştirak etdirməyə hazırdır.

Ötən həftə Ərəbistan müdafiə nazirinin müşavirlərindən biri dedi ki, ölkəsi Suriyada hər cür quru əməliyyatında iştiraka hazırdır.

Birləşmiş Ərəb Əmirlikləri də bazar günü bildirdi ki, öz quru qüvvələrini Suriyda İŞİD-ə qarşı amerikan koalisiyanında iştirak etdirməyə hazırdır.

Əfqanıstan və İraqdakı çoxxərcli müharibələrdən sonra Yaxın Şərqdə digər bir savaşa girməkdən nigaran olan ABŞ prezidenti Barak Obama heç bir vəchlə Amerikanın quru qüvvələrini Suriyaya göndərməyə meyl göstərmir.