İraqın qərbində 60 İŞİD-çi öldürülüb
Fev 21, 2016 11:12 Asia/Baku
-
İraqın qərbində 60 İŞİD-çi öldürülüb
İraqın təhlükəsizlik dairələri ölkənin qərbində İŞİD terror qruplaşmasının 60 üzvünün öldürüldüyünü bildiriblər.
Qətərin əl-Şərq qəzetinin internet portalının məlumatına görə, İraqın əl-Anbar vilayətinin Əməliyyat Komandanlığı bazar günü bildirib: İraq ordusu əl-Hamiziyyə mənətəqsində 56 bombanı zərərsizləşdirə bilib.
Bu məlumata görə, Əl-Anbar vilayətinin Əməliyyat Komandanı İsmayıl əl-Məhlavi əlavə edib: Amerikanın başçılıq etdiyi İŞİD əleyhinə koalisiyanın əl-Hamiziyyə məntəqəsinin şərqində terrorçuların mövqelərini bombalaması nəticəsində 60 İŞİD-çi öldürülüb.
Bu arada Neynəva vilayətində yerli bir rəsmi Mosul şəhərinin 12 sakininin İŞİD terrorçuları tərəfindən edam edildiyini bildirib.
Teqlər