İraqın qərbində bir neçə kənd azad edilib
-
İraqın qərbində bir neçə kənd azad edilib
İraqın ordusu və xalq qüvvələri bu ölkənin qərbində yerləşən Ələnbar vilayətinin digər bir hissəsini azad edib.
Ələhd xəbər agentliyinin məlumatına görə, İraqın təhlükəsizlik qüvvələri Fəllucənin cənubunda terror qrupları ilə döyüşlərin davamında bir neçə məntəqəni və kəndi terrorçuların nəzarətindən çıxarıblar.
Fəllucənin bəzi məntəqələrinin azad edilməsi əməliyyatı cümə günü səhər başlanıb. Bu əməliyyatda Amiriyyənin şimal-qrəbində yerləşən Əlbudic məntəqəsi İŞİD-çilərin əlindən azad edilən ilk məntəqə olub.
Xalq könüllü qüvvələrinin rəhbərlərindən olan Cəbbar Əlməmuri də bildiribdir ki, İraq ordusu xalq qüvvələrinin köməyilə Səlahəddin vilayətinin şimalındakı Əlşərqat məntəqəsinin qərbində yerləşən Əlcəzirə məntəqəsini öz nəzarətinə ala bilibdir.
İraq barədə digər bir xəbərdə deyilir ki, İŞİD terror qrupu bu ölkənin şimalındakı Kərkük vilayətində bir neçə mənzili partladıbdır.
Bu xəbəri Əlaləm telekanalı veribdir.
İŞİD terror qrupu 2015-ci ilin iyun ayından bəri İraqın şimal və qərbindən bəzi hissələri işğal edərək, bu ölkədə bir çox cinayətlər törədibdir.