Suriya və Livana hücum üçün sionist rejim və Ərəbistanın müştərək planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209536-suriya_və_livana_hücum_üçün_sionist_rejim_və_Ərəbistanın_müştərək_planı
Təhlükəsizlik mənbələri Ərəbistan xarici işlər nazirinin Təl-Əvivə səfərindən və Suriya və Livana müştərək hücum üzrə plan üstündə raılığından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2016 09:08 Asia/Baku
  • Suriya və Livana hücum üçün sionist rejim və Ərəbistanın müştərək planı
    Suriya və Livana hücum üçün sionist rejim və Ərəbistanın müştərək planı

Təhlükəsizlik mənbələri Ərəbistan xarici işlər nazirinin Təl-Əvivə səfərindən və Suriya və Livana müştərək hücum üzrə plan üstündə raılığından xəbər veriblər.

Təsnim xəbər agentiliyinin Rusiyanın Sputnik xəbər agentliyinə istinadlı məlumatına görə, Ərəbistan xarici işlər naziri Adil Əlcubəyr bu ölkənin kəşfiyyat aparatının başçısı Xalid Əlhəmidan ilə yanaşı, işğal olunmuş Fələstinə səfər edib.

Bu məlumata görə, Ərəbistan xarici işlər nazirinin sionist rejim başçıları, Mossad başçısı və Netanyahu ilə görüşündə Suriya və Livana qarşı səudiyyə və sionist rejm əməliyyatı barədə razılıq əldə olunub.

Sputnik-in məlumatına görə, bu səfərdə irəli sürülmüş ən mühüm məsələ, Ərəbistanın sionist rejimdən Suriyanın cənubuna birbaşa müdaxilə etməsini istəməsidir ki, Suriyaya quru hücumunun başlanacağı təqdirdə, bu ölkə hökumətinə təzyiq göstərmək üçün həyata keçiriləcək.

Digər tərəfdən, Financial Times qəzeti ötən həftə ifşa edibdir ki, Ərəbistan Suriyanın cənubundan bu ölkəyə hücum üzrə bir plan icra etmək niyyətindədir ki, Türkiyənin həmkarlığı ilə icra olunacaq.

Həmçinin Media Part xəbər portalının yaydığı informasiyaya görə, Türkiyə və Ərəbistanın Suriyaya hərbi müdaxiləyə dair təhdidlərini reallaşdıracaqları halda, Suriya və onun müttəfiqləri ağır hərbi qəfil hərəkətlər hazırlayıblar ki, Ankara və Ərriyad, həmçinin Təl-Əvivi titrəyişə salacaqdır.