Yüz minlərlə iraqlı didərgin düşüb
-
Yüz minlərlə iraqlı didərgin düşüb
İraqın Mühacirət və Mühacirlərin İşləri Nazirliyi İŞİD terrorçularının olduqları şəhərlərdə yeddi yüz mindən çox ailəinin didərgin düşməsindən xəbər verib.
IRNA-nın məlumatına görə, İraqın mühacirət naziri Casim Muhəmməd cümə axşamı günü İraq parlamentində Mühacirlərin İşləri Komissiyasının sədri və üzvləri ilə görüşdən sonra bir mətbuat konfransında deyib: İndiyədək İŞİD-in terror hücumlarına məruz qalmış 710 iraqlı ailə didərgin düşübdür.
Muhəmməd əlavə edib: İraqın Mühacirət və Mühacirlərin İşləri Nazirliyinin statistikaları göstərir ki, 102 ailə Səlahəddin və Diyalə vilayətlərində, eləcə də Ələnbar-ın bəzi məntəqələrindəki yaşayış massivlərinə geri dönübdür.
İraqın mühacirət naziri söyləyib: Bəzi problem və maneələrin mövcud olmasına görə, didərginlərin Niynəvaya və Babilə qayıtmaları yalnız iki faiz olubdur.
Muhəmməd habelə sakinlərə sığınacağın verilməsi, yardımın başlanması və geri dönməyə şəraitin yaradılması üçün bu ölkədə fəal beynəlxalq təşkilatlarla koordinasiya üçün İraqın Mühacirət Nazirliyinin mükəmməl layihəsindən xəbər verib.