Mart 13, 2016 12:03 Asia/Baku
  • İbadi İŞİD-in İraqda kimyəvi silah istifadəsinə reaksiya verdi
    İbadi İŞİD-in İraqda kimyəvi silah istifadəsinə reaksiya verdi

İraq baş naziri Heydər əl-İbadi şənbə günü bildirib ki, ölkənin şimalında İŞİD terrorçu qruplaşması ilə əlaqələndirilən kimyəvi hücuma münasib cavabı verəcək.

Bu hücum çərşənbə günü İraqın şimalında Kərkük yaxınlığında olub və 3 yaşlı bir qız uşağının ölümü ilə nəticələnib.

İraq baş naziri bildirib: Bu hücum Tazə kəndində baş verib və görünür sarin qazından istifadə olunub. Bu cavabsız qalmayacaqdır.

Yerli rəsmilər bildiriblər ki, İŞİD bu hücumda sarin qazından istifadə edib. Lakin ekspertlər bu bölgədən götürülən nümunələri araşdırmaqdadırlar.

İraq baş naziri həmçinin vəd edib ki, bu hücum ardında yüzlərlə nəfəri nəzarət altında saxlanan Tazə sakinləri tibbi cəhətdən dəstəklənəcək.

İraq parlamentinin sədri Səlim əl-Cəburi də şənbə günü Kərkük vilayətində Tazə kəndinə İŞİD-in kimyəvi hücumunu faciəvi adlandıraraq bildirib: İŞİD terrorçuları sivilləri hədəfə alaraq qorxaqcasına addım atır.

İranın səhiyyə naziri Həsən Haşimi də iraqlı həmkarnının təcili müraciəti əsasında bölgəyə iranlı tibbi heyətin göndərildiyini bildirib.

Bu arada yüzlərlə nəfər Fatimə Səmirin dəfn mərasimində iştirak edib və terrorçuların hücumları qarşısında İraq hökumətinin xalqı müdafiə etməsini istəyib.

Teqlər