Mart 29, 2016 09:36 Asia/Baku
  • Suriya ordusu bu ölkənin müxtəlif məntəqələrində uğurlar qazanıb
    Suriya ordusu bu ölkənin müxtəlif məntəqələrində uğurlar qazanıb

Suriyanın ordusu və xalq qüvvələri bu ölkənin qərbində yeni məntəqələri öz nəzarətlərinə alıblar.

Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, bu ölkənin ordusu və xalq qüvvələri terrorçularla mübarizədəki uğurlannın davamında Suriyanın qərbindəki Hums vilayətində yerləşən strateji Əlrəqamə məntəqəsi, eləcə də Əlqəritin və Əlhəzm məntəqələrini ələ keçiriblər.

Suriya ordusu habelə bu ölkənin şimal-qərbində Cibhətunnusrə terror qrupunun mövqelərini dağıdıbdır.

İdlib vilayətində də bir avtomobilin partlaması nətcəsində Əhrarulşam adlandırılan terror qrupunun səkkiz üzvü ölüb. Bu məntəqə Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşir.

Suriya ordusunun ötən bir neçə gündə terrorçularla mübarizədəki uğurları bu ölkənin ordusu və xalq qüvvələrinin əhval-ruhiyyəsini ikiqat artırıbdır.

Suriyanın ordu və müqavimət qüvvələri bazar günü bir neçə gün döyüşdən sonra tarixi Tədmur şəhərini tam şəkildə İŞİD-in işğalından azad edə bildilər.

Tarixi Tədmur şəhəri 2015-ci ilin mayında İŞİD terror qrupunun işğalına keçmişdi.

Teqlər