Mart 30, 2016 12:53 Asia/Baku
  • İmran Zəbi
    İmran Zəbi

Suriyanın informasiya naziri deyib: Tarixi Palmira şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi böyük siyasi və hərbi cəhətlərə malikdir.

Suriyanın inforfmasiya naziri İmran Zəbi çərşənbə axşamı əl-Aləm kanalı ilə müsahibədə deyib: Suriya ordusu və müttəfiqlərinin tarixi Palmira şəhərinin azad edilməsi üzrə böyük nailiyyəti mühüm siyasi və hərbi cəhətlərə malikdir.

İ.Zəbi Palmira şəhərinin azad edilməsi ilə artıq Deyrəzzur və Rəqqə şəhərlərinin azad edilməsi üçün də şəraitin yarandığını bildirib.

Suriyalı nazir ordunun mövcud atəşkəsə sadiq qaldığına da təkid edib və deyib: Ordu qüvvələri ölkənin heç bir nöqtəsində atəşkəsi pozmayıb. Əksinə, terrorçu qruplar davamlı olaraq atəşkəs qaydalarını pozublar.

Suriyanın informasiya naziri həmçinin, BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Stefan De Mistura tərəfindən Cenevrə sülh müzakirələri barədə Dəməşqdən və Ər-Riyaddan gəlmiş suriyalı nümayəndə heyətlərinə təqdim edilən təklifin mətni barədə deyib: Siyaysi keçid bir hökumətdən başqa bir hökumətə, bir konstitusiyadan başqa bir konstitusiyaya keçid mənasında deyil. Keçid hökuməti dedikdə məqsəd milli birlik hökumətinin qurulmasıdır.

Suriyanın informasiya naziri daha sonra deyib: Əgər Amerika İŞİD terror qruplaşmasına qarşı ciddi mübarizə aparmaq istəsə, o zaman Suriya dövləti ilə ahəngdarlıq yaratmalıdır.

İmran Zəbi əlavə edib: Suriya heç bir ölkədən terrorizm ilə ciddi mübarizə aparmasını gözləmir. Çünki, bu ölkə ordusu öz müttəfiqləri ilə birlikdə terrorizm ilə mübarizədə üzərlərinə düşən vəzifəyə əməl etməyə qadirdir.

Teqlər