Bir qrup livanlı BƏƏ-dən çıxarılıb
Birləşmiş Ərəb Əmirlikləri bir qrup şiə məzhəbli livanlını, eləcə də Livanın Dəyişilməsi və İslahı Fraksiyası sədrinin tabeliyində olan bir qrup xristianı ölkədən çıxarıb.
Livanın Əlnəşr saytı Ərəb Liqası və Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahı hərəkatını terrorçu qrup adlandırmaq üzrə düşmənçilik hərəkətlərinin ardınca Birləşmiş Ərəb Əmirliklərində yaşayan bir qrup şiə məzhəbli livanlı, eləcə də Livanın Dəyişilməsi və İslahı Fraksiyasının sədri- Mişel Ounun tabeliyində olan bir qrup xristian bu ölkədən çıxarıldı.
Həmçinin daxil olan məlumatlara görə, bu məsələ ilə bağlı, Küveytdə yaşayan altmış Livan vətəndaşı bu ölkədən çıxarılıbdır.
Fars Körfəzi Əməkdaşlıq Şurasının 2016-cı il martın ikisində Livan Hizbullahı hərəkatını terrorçu qrup adlandırmasından sonra bəzi ölkələr, o sıradan Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt öz ölkələrindən bir qrup livanlını çıxarmağa başladılar.
Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və Omana şamil olan Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv altı ölkə, həmçinin Ərəb Liqası Livan Hizbullahı hərəkatını terrorçu bir qrup kimi təqdim ediblər.