Minlərlə iraqlı didərgin Ərrəmadiyə geri dönüb
-
Minlərlə iraqlı didərgin Ərrəmadiyə geri dönüb
İraqın qərbindəki Ələnbar vilayətinin Ərrəmadi şəhərində təhlükəsizliyin nisbi bərqərarının ardınca minlərlə iraqlı didərgin bu şəhərə geri dönüb.
Rusiyanın Sputnik xəbər agentliyi cümə axşamı günü bildirib ki, İraq ordusu Ərrəmadi şəhərinin bütün girəcəklərinin nəzarətini ələ aldıqdan sonra İraqın paytaxtı Bağdadın Əldurə və Əlxizra məntəqələri və Ələnbar vilayətinin Əlxalidiyyə şəhərinə sığınmış yeddi mindən çox iraqlı didərgin ailə öz ev-eşiyinə geri dönüb.
Ələnbar vilayətinin Təhlükəsizlik Komitəsinin sədri Racəh Əlisavinin sözlərinə görə, iraqlıların Ərrəmadiyə geri dönmələrinə rəğmən, hələ şəhərin bir çox xidmət məkanı bağlıdır.
Racəh Əlisavi əlavə edib: Terrorçular şəhərin təsisat və infrastrukturlarının əksər hissəsini dağıdıblar.
İraqın Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhəri təqribən iki ay bundan öncə İŞİD terrorçularının işğalından çıxarılıb.
İŞİD terrorçuları 2014-cü ilin iyunundan İraqın bəzi vilayətlərinə daxil olublar. Onlar əhalini qırğın etməkdən əlavə, bu ölkənin bir çox infrastrukturunu dağıdıblar.