Apr 12, 2016 17:06 Asia/Baku
  • İraqlılar Küveyt səfirliyi önündə aksiya keçirdilər
    İraqlılar Küveyt səfirliyi önündə aksiya keçirdilər

Bir qrup İraq vətəndaşı Küveyt Parlamentinin üzvünü himayə məqsədi ilə Bağdadda Küveyt səfirliyi önündə aksiya keçiriblər.

Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Küveyt Parlamentinin şiə üzvünün, İraqda terrorizm ilə mübarizə aparan xalq qüvvələrini himayə və Ərəbistanı tənqid etməsinə görə, toxunulmazlıq hüququnun ləğv edilməsinin ardınca İraq parlamentinin üzvləri, universitet müəllimləri, görkəmli dindarlar və mədəniyyət xadimləri Bağdadda Küveyt səfirliyi önündə aksiya keçirib, Əbdülhəmid Dəştini himayə ediblər.

Aksiya iştirakçıları Əbdülhəmid Dəştiyə qarşı yönəlmiş siyasi rəftarları tənqid edərək, onun İraqdakı xalq qüvvələri və Ərəbistan barəsində səsləndirdiyi fikirlərin tamamilə həqiqəti əks etdirdiyini bildiriblər. Aksiya iştirakçıları Dəştinin toxunulmazlıq hüququnun ləğv edilməsi və barəsində həbs qərarının çıxarılmasını da tənqid ediblər.

Küveytin baş prokuroru ötən ay Küveyt Parlamentinin üzvü olan Əbdülhəmid Dəştinin həbs və toxunulmazlıq hüququnun ləğv edilməsi barədə qərar qəbul edib.

Əbdülhəmid Dəşti Ərəbistanın dini mərkəzlərinin ifratçılıq və zorakılıq mənbəyi olduğunu bildirərək, bu dini mərkəzlərin dünyada İslam dini və müsəlmanların imicinə zərbə vurduğunu deyib.

Suriya prezidenti Bəşşar Əsəd və Livan Hizbullahı da Əbdülhəmid Dəştini himayə ediblər.

Teqlər