Suriya olaylarının siyasi xronikası
-
Suriya olaylarının siyasi xronikası
Suriyanın Ali Seçki Komitəsi ölkənin bütün əyalətlərində səsvermənin başa çatdığını və səslərin sayılmasına başlandığını bildirib.
Suriyanın seçki qanunlaına əsasən səsvermənin başa çatmasından sonra səs qutuları seçki məntəqələrində açılır və səslərin sayılmasına başlanılır. Səslər seçki məntəqəsi rəisinin və namizədlərin nümayəndələrinin iştirakı ilə sayılır.
Suriyada parlament seçkiləri çərşənbə günü 3500 namizədin iştirakı ilə keçirildi. Namizədlər Parlamentin 250 yeri uğrunda rəqabət aparırdılar.
Suriyada böhranın başlanmasından 5 ilin ötməsinə baxmayaraq, Parlament seçkiləri əhalinin genişiştirakı ilə keçirilib.
Suriya prezidenti Bəşşar Əsəd çərşənbə günü səsvermədə iştirak etdikdən sonra, deyib: Suriya xalqı xarici fitnələr qarşısında ayıqlığını qorudu və ölkənin tale təyin edici siyasi proseslərində iştirak etməklə öz siyasi şüurunu nümayiş etdirmiş oldu.