Türkiyə sərhədi ilə 80 terrorçu Suriyaya girib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216133-türkiyə_sərhədi_ilə_80_terrorçu_suriyaya_girib
Rusiya Müdafiə Nazirliyi Türkiyə vasitəsi ilə əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının 80 terrorçusunun Suriyaya daxil olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 07:23 Asia/Baku
  • Türkiyə sərhədi ilə 80 terrorçu Suriyaya girib
    Türkiyə sərhədi ilə 80 terrorçu Suriyaya girib

Rusiya Müdafiə Nazirliyi Türkiyə vasitəsi ilə əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının 80 terrorçusunun Suriyaya daxil olduğunu bildirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına bağlı 80 terrorçu Türkiyə sərhədindən keçərək İdlib vilayətinə daxil olub.

Rusiya və ABŞ-ın anlaşması və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən İŞİD və əl-Nüsrə Cəbhəsi terror qruplaşmaları atəşkəsə aid deyil və Cenevrədə Suriya Sülh Danışıqlarında iştirak etmirlər.

Suriyada böhran 2011-ci ildən quruluşun devrilməsi məqsədilə ABŞ və müttəfiqləri, o cümlədən Ərəbistan, Qətər və Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının irimiyqaslı hücumları ilə başlandı. Bu böhrandan 5 il keçsə də, Suriya dövləti və xalqı öz quruluşunu qorumuşdur.