Əhməd Davudoğlu hakim partiyaya sədrlikdən istefa verdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217180-Əhməd_davudoğlu_hakim_partiyaya_sədrlikdən_istefa_verdi
Türkiyə baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının sədri partiyaya sədrlik vəzifəsindən istefa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 05:41 Asia/Baku
  • Əhməd Davudoğlu hakim partiyaya sədrlikdən istefa verdi

Türkiyə baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının sədri partiyaya sədrlik vəzifəsindən istefa verib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Əhməd Davudoğlunun istefa verməsinin səbəbi, onunla ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan arasındakı ixtilafların davam etməsidir.

Ə.Davudoğlu partiya sədrliyindən istefasını Ərdoğan ilə görüşünün ardınca elan edib.

Deyilənlərə görə Ərdoğan artıq Davudoğlunun baş nazir postunda qalmasını istəmir.

Ədalət və İnkişaf Partiyasının İcra Komitəsinin Əhməd Davudoğlunu partiyanın bölgə sədrlərinin təyin edilməsi üzrə səlahiyyətdən məhrum etməsi, onun səlahiyyətlərinin azaldılması prosesinin başlanğıcı sayılırdı.

Nəqliyyat naziri, gənclik və idman naziri və ya Ərdoğanın damadı olan Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrağın gələcək baş nazir ola biləcəkləri barədə fikirlər səsləndirilir.