İraqda dəhşətli terror
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217831-İraqda_dəhşətli_terror
İraq mənbələri bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində Bağdadın Sədr qəsəbəsində 68 nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 13:36 Asia/Baku
  • İraqda dəhşətli terror
    İraqda dəhşətli terror

İraq mənbələri bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində Bağdadın Sədr qəsəbəsində 68 nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.

Süməriyə Nyus İraq polisində bir mənbəyə istinadla bildirib: Çərşənbə günü Bağdadın Sədr qəsəbəsində yerləşən bazarda baş vermiş partlayışda 28 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu məlumata görə, İraqın təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alaraq, yaralıları xəstəxanaya köçürüblər.

Ötən gün də Bağdadın Mahmudiyə məntəqəsində, bazarın yaxınlığında törədilən partlayışda bir nəfər ölmüş, 7 nəfər isə yaralanmışdı.