İraq rəsmisi: Fəllucədə öldürülən İŞİD terrorçuları əsasən xarici ölkə vətəndaşlarıdırlar
-
Fəllucədə öldürülən İŞİD terrorçuları əsasən xarici ölkə vətəndaşlarıdırlar
İraq polisinin rəisi Fəllucənin azad edilməsi əməliyyatında öldürülən terrorçuların 80%-nin iraqlı olmadığını bildirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Raid Şakir Cəvdət çərşənbə günü Fəllucənin azadlığı uğrunda gedən döyüşlərdə yüzlərlə terrorçunun öldürülməsinə işarə edib və deyib: Öldürülən terrorçuların 80%-dən çoxu xarici ölkə vətəndaşıdır.
İraq polisinin rəisi əlavə edib: Fəllucənin azad edilməsi əməliyyatında həmçinin, onlarla bomba quraşdırılmış avtomobil məhv edilib və İŞİD tərəfindən quraşdırılmış minlərlə mina və partlayıcı qurğu zərərsizləşdirilib.
Cəvdət həmçinin deyib: Fəllucənin azad edilməsi əməliyyatının davamında şəhərin ətrafında yerləşən bir neçə kənd artıq terrorçulardan təmizlənib.
Fəllucə şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı ordu və xalq qüvvələrinin birgə iştirakı habelə, hava qüvvələrinin dəstəyi ilə davam edir.
Fəllucə şəhəri 2013-cü ildə İŞİD tərəfindən işğal edilib.