May 30, 2016 14:38 Asia/Baku
  • Fəllucənin azad edilməsi əməliyyatı
    Fəllucənin azad edilməsi əməliyyatı

İraq ordusu və xalq qüvvələri Fəllucənin azad edilməsi əməliyyatının üçüncü mərhələsinin icrasına hazırlaşırlar.

İraq ordusu və xalq qüvvələri bazar ertəsi günü Fəllucənin azad edilməsi əməliyyatının 3-cü mərhələsinin icrası çərçivəsində 3 istiqamətdən şəhərin mərkəzinə doğru irəliləməyə başlayıblar.

Fəllucənin azad edilməsi əməliyyatı ötən həftənin bazar ertəsi günü İraqın baş naziri Heydər əl-İbadinin göstərişi ilə başlandı.

Əməliyyatın 1-ci və 2-ci mərhələsi uğurla başa çatdırılıb.

Teqlər